Zəfər ilinin ilk dərs günü

Bu gün bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də 2021-2022-ci  il tədris ilinə start verildi. Yeni dərs ilində hər kəsə müvəffəqiyyət arzu edən məktəbin direktoru R. Süleymanova bütün təhsil işçilərini və valideynləri təbrik edərək tədbiri açıq elan etdi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra R. Süleymanova öz çıxışında bu ilin prioritet məsələləri ilə hər kəsi yaxından tanış etdi, yeni dərs ilinin “Zəfər ili” olduğunu xüsusi vurğuladı. Azəbaycan xalqının  tarixi qələbəsinin tədrisdə mütəmadi olaraq əks olunacağından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Vətən müharibəsi dövründə dövlətimizi şanlı qələbəyə aparan daxili və xarici siyasətindən qürur və fərəh hissi ilə söhbət açdı. Daha sonra BŞTİ-nin məktəblərdə təşkil olunan tədbirlərə dair təlimatı valideyn və müəllim heyətinin nəzərinə çatdırdı. Təlimata əsasən, II-III-IV siniflər 08:00-da məktəbə daxil oldular. Birincilər üçün qisa məzmunlu tədbir yalnız müəllimlərin iştirakı ilə açıq havada sosial məsafəni gözləməklə 09:00-da təşkil olundu. Birincilər üçün təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı İ. Məmmədova da iştirak edirdi. O, birincilərə qədəm qoyduqları məktəb həyatında uğurlar və müvəffəqiyyətlər arzu etdi. Birincilər ilk zəngi vurduqdan sonra “Zəfər marşı” sədaları altında məktəb binasına daxil oldular. Qeyd edək ki, məktəb binasının hər dörd giriş qapısı pandemiya şəraitini nəzərə alaraq xüsusi dizinfeksiyaedici məhlullar və hərarət ölçən cihazlarla təchiz olunmuşdu və bütün şagirdlərin hərarəti yoxlanılaraq, sinif otaqlarına buraxıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi