Məktəbdə dezinfeksiya tədbirləri
2021-2022-ci il orta ümümtəhsil məktəblərinin fəaliyyətə başlanması ilə əlaqədar olaraq məktəbimizdə dezinfeksiya işləri intensivləşdirilib. Belə ki, məktəbimizdə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məktəbin bütün dəhlizləri və sinif otaqları xüsusi məhlullarla təmizlənilib, xüsusi təcrid otaqları avadanlıqlarla təchiz edilərək işlək vəziyyətə gətirilib. Sanitar qovşaqları önündə ara məsafə işarələri yerə bərkidilib, məktəbin həyətyanı sahəsində şagirdlərin dayanması üçün nəzərdə tutulmuş ara məsafəsi işarələri yenidən rənglənərək hazır vəziyyətə gətirilib. Məktəbin hər dörd giriş qapısında dezinfeksiyaedici məhlullar və hərarət ölçən cihazlar yerləşdirillib. Sıxlığın qarşısını almaq və şagirdlərin içəri daxil olmasını tənzimləmək məqsədi ilə məktəbin hər iki darvazası istifadəyə verilib. Məktəbdə tibbi-profilaktik tədbirlər müntəzəm davam etməkdədir.