Hərbi Qənimətlər Parkına ekskursiya
Yay məktəbi davam etməkdədir...
Belə ki, bu gün şagirdlərlə birlikdə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil etdik. Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunması məqsədi daşıyır. Şagirdlərimiz ekskursiya boyu parkın ərazisində yerləşən düşməndən ələ keçirilmiş qadağan olunmuş “İsgəndər” raketi ilə, ümumilikdə 300-dən çox eksponat, 150-yədək ağır texnika, tanklar, zirehli artilleriya, döyüş maşınları, zenit raket qurğuları, atıcı silahlar və hərbi nəqliyyatlar ilə də yaxından tanış oldular. Onlar mənfur düşmənin canlı və zirehli texnikasının müzəffər ordumuz tərəfindən necə məhv edilməsinin bir daha şahidi oldular. Düşmənə göz dağı, gələcək nəsillərə örnək olan bu park bizim üçün ən əzəmətli məkan və şanlı tariximizin ən bariz nümunəsidir.