Yay məktəbinin ikinci günü
Yay məktəbimizdə əyləncəli tədris saatları davam etməkdədir. Belə ki, şagirdlər səhər idmanı edərək sinif otaqlarına daxil oldular.
Sonra 1-ci siniflərdə ilk olaraq "Uşaq hüquqları" adlı nümunəvi dərs keçirildi. İbridai sinif müəllimi G. Zeynalova uşaq hüquqları anlayışını şagirdlərə xüsusi slaydlar vasitəsilə təqdim etdi, Uşaq Hüquqları Konvensiyası haqda onlara məlumat verdi, müxtəlif ölkələrdə uşaqların vəziyyəti, onların qorunan ve qorunmayan hüquqları haqda söhbət açdı. Uşaq hüquqları komitələrinin bu işdə fəalıyyətini onların nəzərinə çatdırdı.
Dərsarası fasilələrdə şagirdlər toplarla komanda şəklində yarışlarda iştirak etdilər.
Daha sonra 7-ci siniflərdə keçirilən dərslərdən biri dünyanın ən yaxşı tenor və barriton ifaçıları haqqında idi. Dərsdə dünyada və ölkəmizdə məşhur olan bu diapazonda tanınan səslər haqda məlumatlar verildi, tenor və barriton ifaçıların musiqiləri səsləndirildi.
Luciana Pavarottinin, Dimaş Qudaybergenin, Müslüm Maqomayevin, Rəşid Behbudovun və digərlərinin ifalarında səslənən əsərlər şagirdlərdə xüsusi marağa səbəb oldu. Onlar klassik opera sənətimiz ifaçıları ilə tanış olmaqla yanaşı, həm də müasir Azərbaycan musiqisinin tenor səslərinə bələd oldular.