Yay məktəbinə start verildi
Başa çatan tədris ilindən sonra şagirdlərin yay tətilinin səmərli təşkil olunması üçün məktəbimizdə Yay məktəbinə start verildi. Şagirdlər ilk dərsdən öncə məktəbin həyətində idman müəllimlərinin iştirakı ilə idman hərəkətləri etdilər. Sonra uşaqlar müxtəlif fənlər üzrə məşğələlərdə fəal iştirak etdilər.
Sonuncu dərs zamanı şagirdlər “Kim daha çox bilir?” adlı oyunda komandalar şəklində yarışdılar. Oyun ölkəmizin küçə və meydanlarında, park və xiyabanlarında yerləşən müstəqil heykəltəraşlıq əsərlərinin tanınması ilə bağlı idi. Şagirdlər slayd şəklində verilən abidə və büstlərin hansı dahi şəxsiyyətə aid olduğunu taparaq onun haqda məlumat verdilər. Beləliklə, komandalar müxtəlif xallarla oyunu yekunlaşdırdılar.
Məqsədimiz şagirdlərin yeni biliiklər əldə etməsi üçün təlim-tədris proqramlarından istifadə etməklə onlarda öyrənməyə rəğbət və həvəs yaratmaqdır.
Məktəbimizdə qurulmuş idman proqramları şagirdlərin həm fiziki fəaliyyətlərini, həm də istirahətlərini təmin edir. Yay məktəbi həm də yeni dostlar və vərdişlərin qazanılması deməkdir.
Əyləncəmiz davam edir...