Son zəng
Ölkəmizdə ümumtəhsil müəssisələrində “Son zəng” tədbirinin təşkili qaydası müəyyənləşdirildikdən sonra məktəbimizdə də bu gün “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin 94 məzunu iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, tədbiri giriş sözü ilə açan məktəbin direkitoru R. Süleymanova qonaqları və tədbir iştirakçılarını salamladı, məzunlara öz ürək sözlərini söyləyərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı, tədris ili ərzində məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan söhbət açdı. Məktəbin həyətyanı sahəsində sosial məsafə gözlənilməklə açıq havada keçirilən tədbir məzunların çıxışları ilə davam etdi. Məzunlar maraqlı və məzmunlu çıxışlarında vətənə, məktəbə və müəllimlərə olan hörmət və sevgilərini ifadə etdilər. Zəfər çalmış ölkənin gəncləri olaraq yeni həyata qədəm qoyan şagirdlər qürur və sevinclərini dilə gətirərək fəxr etdiklərini bir daha soylədilər.
Sonra günün ən mühüm və həyəcanlı anı olan “Son zəng” səsləndirildi və məzunlar musiqi sədaları altında məktəbə vida etdilər.