Azadə Vətən-Respublika Gününə həsr olunmuş onlayn tədbir
Məktəbimizin ibtidai siniflərində 28 May Respublika Gününə həsr olunmuş “Azadə Vətən” adlı onlayn tədbir keçirildi. 2 b sinfində baş tutan tədbirdə 103 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğu vurğulandı.
Şagirdlər Şərqdə ilk demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC-nin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın mənlik şüurunu özünə qaytarmasından, öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirməsindən bəhs etdilər.
Sonda şagirdlər müxtəlif şeir və çıxışlarla görüşü yekunlaşdırdılar.
Silsilə tədbirlər çərçivəsində 1 ə sinfində də onlayn görüş keçirildi və şagirdlər öz hazırladıqları video çarxları nümayiş etdirdilər.