“İmtahan həyəcanı və onun idarə olunması” mövzusunda vebinar keçirildi
28.04.2021-ci il tarixdə 9-cu buraxılış sinif şagirdləri ilə məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən “İmtahan həyəcanı və onun idarə olunması” mövzusunda vebinar keçirildi. Vebinarda şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verildi.Həyəcanı aradan qaldırmanın yolları, imtahana psixoloji cəhətdən hazır olaraq həyəcanlı situasiyalardan konkret çıxış texnikaları şagirdlərə çatdırıldı.Vebinarda təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova,tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova və 9-cu sinif rəhbəri Nailə Məstanova da mövzu ilə bağlı şagirdlərə tövsiyələr verdilər. Vebinarda şagirdlər tərəfindən verilən suallar cavablandırıldı.