“İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda  vebinar keçirildi

19.04.2021-ci il tarixdə  11-ci sinif şagirdləri ilə məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda  vebinar keçirildi. Vebinarda  şagirdlərə imtahan həyəcanının aradan qaldırılması ilə bağlı tövsiyələr verildi, konkret psixoloji texnikalar təqdim olundu. O cümlədən imtahanda uğur qazanmanın yolları haqqında məlumat verildi. Vebinarda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova  və 11-ci siniflərin rəhbərləri də iştirak edirdi. Onlar da şagirdlərə imtahanqabağı tövsiyələr verdilər. Sonda şagirdlər tərəfindən verilən suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi