Xarıbülbül ətirli Novruzum
Bu gün məktəbimizin 7c sinfində Novruzun gəlişi ilə əlaqədar olaraq “Xarıbülbül ətirli Novruzum” adlı açıq dərs keçirildi.
Şagirdlər Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramı olan Novruz və onun çərşənbələri haqda şeirlər dedilər, mahnılar söylədilər. Novruzun ən sevilən atributlarından olan Keçəl və Kosanın məzəli səhnəcikləri tədbiri daha da maraqlı etdi.
Sonda şagirdlər 30 ilə yaxın müddətdir işğal altında olan torpaqlarımızın azad edildiyini, builki İlaxır çərşənbədə Qarabağın ən gözəl guşəsi olan Şuşada əsgərlərimiz tərəfindən tonqallar qalandığını, illər sonra Qarabağda milli bayramımızın qeyd edildiyini böyük fərəh və qürur hissi ilə qeyd ederek bildirdilər ki, bu yolda canlarından keçmiş, sağlamlıqlarını itirmiş Vətən oğullarını heç vaxt unutmayacaqlar.