"Ədalətin zəfəri" mövzusunda açıq dərs
Bu gün məktəbimizin 4a Sağlam Təhsil sinfində “Vətəndən pay olmayır” mövzusunda açıq dərs keçirildi. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və şagirdlərin “Haradan başlayır Vətən?” sualı ilə irəlilədi. Şagirdlər müxtəlif fikirlər söyləyərək, son olaraq “Doğma ocaqdan, al-əlvan diyardan, eldən, obadan, insanın qəlbinin özündən başlayır Vətən!”,-deyə fikirlərini yekunlaşdırdılar. Sonra şagirdlər vətən uğrunda şəhid olan qəhrəmanlarımızın keçdiyi döyüş yolundan, 44 günlük müharibədən və azad olunmuş torpaqlarımızdan söhbət açdılar. Açıq dərsdə yaşı minilliklərin dərinliklərindən gələn kökü, əsli-nəcabəti bəlli olan bir xalqın ləyaqətini, qeyrətini, mərdliyini, qəlbinin genişliyini və mərhəmətini bütün dünyaya əməlləri ilə sübut edən Ali Baş Komandanımız cənab İlham Əliyevin gərgin fəaliyyətindən söz açdılar. İkinci Qarabağ müharibəsinin verdiyi qürur hissi ilə Azərbaycan torpaqlarının tamlığının bərpa edilməsinin şagirdlər tərəfindən səhnələşdirilməsi hamımıza yenidən o fərəh hissini yaşatdı Sonda şagirdlərin ifasında “Vətəndən pay olmayır” mahnısının səsləndirilməsi ilə dərs yekunlaşdırıldı.