“Vətəni bütöv edənlər” mövzusunda nümunəvi təşkilat saatları

Bu gün məktəbimizdə “Vətəni bütöv edənlər” mövzusunda nümunəvi təşkilat saatları keçirildi. 4-cü siniflərdə keçirilən bu təşkilat saatları Vətən müharibəsində canlarını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan qəhrəmanlarımızın əbədi xatirəsinə həsr olunmuşdu. Müxtəlif siniflərdə şagirdlər mövzuya öz baxış bucaqlarından yanaşaraq, xüsusi təqdimatlar hazırlamışdılar. Hər bir şagirdin sevgi ilə hazırladığı təqdimatlar, video-çarxlar, divar qəzetləri, bukletlər şəhidlərimizin və qazilərimizin döyüş yolunu özündə əks etdirirdi.

 4-cü siniflərdə silsilə şəklində keçirilən bu təşkilat saatlarında böyük qələbəmizlə başa çatan Vətən müharibəsində tarix yazan müzəffər ordumuzun nailiyyətlərindən, əsgər və zabitlərimizin əfsanəvi igidliklərindən söhbət açıldı. Həmin təşkilat saatlarından olan görüntüləri təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi