Şagirdlərimiz mis emalı zavodunda ekskursiyada oldular

Mayın 5-də məktəbimizin şagirdləri coğrafiya aylığı çərçivəsində mis emalı zavoduna ekskursiyaya getdilər. Müəssisənin müasir avadanlıqlar və texnologiyalar əsasında qurulması şagirdlərin marağına səbəb oldu. Emal prosesi dörd mərhələdə keçirilir. Tullantıların imkanını nəzərə alaraq, qəbul edilən tonlarla mis tullantıları müxtəlif mərhələlərdən keçərək xammal əldə edilir. Sonra isə bu məhsullardan müxtəlif ölçülü mis naqillər və mis məmulatlar kimi istifadə olunur. Bu görüntülər şagirdlərin bu sənaye sahəsinə daha böyük marağına səbəb oldu. Şagirdləri coğrafiya aylığı çərçivəsində yeni ekskursiyalar da gözləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi