"XXI əsrin liderləri" mövzusunda dərnək məşğələsi
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Ekoerudit" ekoklubun növbəti distant məşğələsində AMEA Mərkəzi Nəbatat Bağının gənc alimlər şurasının sektor müdiri, b.ü.f.d.,, Fərid Seyfullayevlə ekoklub üzvlərinin "XXI əsrin liderləri" mövzusunda görüşü keçirildi. Lider necə olmalıdır? Tənqidi düşüncə nədir? Özünə inam necə yaranır? Ekoklub üzvləri ilə mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı. Ekoklub və dərnək məşğələləri bizə nə verir? Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi, vaxtı ilə "Biomüxtəliyin qorunması" dərnəyinin fəal üzvü olmuş, hazırda isə Təbriz Universitetinin II kurs tələbəsi Vahid Şıxəlizadə Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərdə və "Sabahın alimləri" müsabiqəsində əldə etdiyi uğurların gələcək həyata hazırlıqda əhəmiyyətini qeyd etdi. Ekoklub üzvləri gələcək arzularını ifadə edərək məqsədə nail olmağın əsas yollarını aradılar.