Karantin qaydalarına əməl olunur
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin başlanması ilə əlaqədar olaraq məktəbimizdə karantin rejimi qaydalara nəzarət olunur. Təhsilalanların sağlamlığının qorunması, sanitar-gigiyena qaydalarına tam əməl olunmasi daim nəzarətdə saxlanılır. Təhsil müəssisəsinə daxil olan şəxslərin təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən temperaturu 37.1°C və ya yüksək olduğu müəyyən edildikdə onların müəssisəyə daxil olmasına yol verilmir. Məktəbdə sıxlığın və fiziki məsafənin təmin olunması məqsədilə bütün giriş və çıxış qapıları istifadədədir və hər bir giriş-çıxış qapısında şagirdlər spirt və dezinfeksiyaedici məhlullarla dezinfeksiya edilir. Məktəbdə olan müəllimlər və texniki personal mütləq qaydada iş prosesində qoruyucu vasitələrdən istifadə edir və karantin rejimi dövründə təsdiq edilən bütün tələblərə riayət olunur.