Əyani tədris davam edir

    Artıq bir neçə gündür ki, əyani tədris davam edir. Şagird sıxlığını azaltmaq üçün məktəbin hər 4 giriş qapısı istifadəyə verilmişdir. Bütün giriş qapılarında şagirdlərin hərarəti yoxlanılır, əlləri xüsusi məhlullarla dezinfeksiya edilir.Tənəffüslər zamanı məktəbin dəhlizləri və sinif otaqları havalandırılır və xüsusi məhlullarla yuyulur. Məktəbin ibtidai sinifləri xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış qrafiklə tədris planını yerinə yetirir. Belə ki həftəlik 3 dəfə olmaqla əyani formada tədris davam etməkdədir. Təhsilalanların tədris və təlim-tərbiyə prosesində iştirakı da könüllülük prinsipi əsasında təmin edilir. Siniflərdə şagird sayının az olmasına və xüsusi qaydaların tətbiqinə baxmayaraq öz doğma və sevimli məktəblərində böyük həvəslə təhsil almaqdadırlar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi