Effektiv qərar qəbuletmə bacarığı haqqında təlim keçirildi
Fevralın 2-də SET layihəsi çərçivəsində növbəti təlim keçirildi. Təlim sosial və emosional bacarıqların sonuncu komponenti olan qərar qəbuletmə bacarığı haqqında təqdimat ilə başladı. Şagirdlərlə birlikdə effektiv qərar qəbuletmə haqqında fikir mübadiləsi aparıldı. “Effektiv qərarı necə qəbul etmək və nəyə əsaslanmaq lazımdır” fikri müzakirə olundu. Effektiv qərar qəbuletmənin şagirdlərin, gənclərin həyatında rolu diqqətə çatdırıldı. Şagirdlər effektiv qərar qəbuletmənin strategiyalarından biri olan düzgün seçim etməyə həsr olunmuş çarxla tanış oldular. Effektiv qərar qəbuletmənin komponentləri haqqında şagirdlərə məlumat çatdırıldı. Təlim şagirdlərin özünüdərk və özünü idarə bacarıqlarının inkişafına təkan verən fiziki tapşırıqla davam etdi. Onlar öz bədən duyğularını tənəffüs üzərində müşahidə etdilər. Bu tapşırıqdan sonra şagirdlərə pozitiv və neqativ söhbət haqqında məlumat çatdırıldı. Şagirdlər cütlüklərlə qruplaşaraq müxtəlif situasiyalar üzərindən keçərək insanın daxilində yer ala bilən pozitiv və neqativ söhbətləri fərqləndirdilər və eyni zamanda öz şəxsi təcrübələri ilə bölüşdülər. Təlim şagirdlərin təlimlə bağlı fikirləri, cəmiyyətə çatdırmaq istədikləri ismarıcla yekunlaşdı.