Göbələyin nağılı

Məktəbimizin 1ə sinif şagirdləri qərara aldılar ki, Qarabağ və işğaldan azad olmuş ərazilərin flora və faunası ilə yaxından tanış olsunlar. Belə ki, onlar uzun illərdən bəri yurdundan didərgin düşmüş göbələyin axtarışına çıxdılar. Nadir bitkilərin və eləcə də çox az rast gəlinən göbələk növlərinin məhz Qarabağ meşələrində olduğunu öyrəndilər. Şagirdlər bu ərazilərin özünəməxsus bitki örtüyü və heyvanat aləmi haqqında geniş məlumat topladılar. Qarabağ özünün zəngin flora və fauna müxtəlifliyi ilə birinciləri özünə cəlb etdi.

Nəhayət, şagirdlər topladıqları məlumatlarının hər birini öz uşaq düşüncələrinə uyğun şəkildə ”Göbələyin nağılı”nda əks etdirdilər. Təqdimat zəngin məlumatlılığı, müxtəlif personajları, səhnəciklərin dolğunluğu və rəngarəngliyi ilə hamının marağına səbəb oldu.

Online şəkildə təqdim olunan videoçarx məktəb saytının videoqalereyasında yerləşdirildi. Videoçarxı saytın videoqalereyasından və aşağıdakı linkdən izləyə bilərsiniz: https://youtu.be/wKsfp_rLovM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi