Psixoloji xidmət
Məktəbimizin psixoloqu Arzu Məmmədova 07.01.2021-ci il tarixdə 8-9-cu sinif şagirdləri ilə “Zərərli vərdişlərə “YOX!” deyək” mövzusuna həsr olunmuş onlayn görüş keçirdi. Görüşdə şagirdlər zərərli vərdişlər anlayışı ilə daha dərindən tanış oldular, zərərli vərdişlərin şəxsiyyətin formalaşmasına təsiri, insanın fiziki və psixi sağlamlığına vurduğu zərbələr haqqında geniş məlumat əldə etdilər. Bildirildi ki, zərərli vərdişlər mərkəzi sinir sistemini əhəmiyyətli dərəcədə zədələyir və insanın ruhi aləmində ciddi fəsadlara yol açır. Zərərli vərdişlərin insanın gələcək taleyindəki mənfi rolu, bəzən isə insan həyatının məhvinə səbəb olması xüsusi qeyd olundu və bununla bağlı ətraflı fikir mübadiləsi aparıldı.Şagirdlərlə zərərli vərdişlərdən qorunmağın yolları müzakirə olundu və bununla bağlı məsləhətlər verildi.