Valideynlərlə onlayn görüş
21Yanvar 2021-ci il tarixdə məktəbin psixoloqu A.E.Məmmədova tərəfindən valideynlərlə “Bullinqin uşaq psixologiyasına təsiri”mövzusunda onlayn görüş keçirildi.Görüşdə valideynlər bullinq,bullinqin növləri,bullinqin uşaq şəxsiyyətinin formalaşmasına mənfi təsiri və törədə biləcəyi fəsadlar haqqında ətraflı məlumatlandırıldı.Bullinq zorakılığın bir forması kimi nəzərdən keçirilmiş, zorakılığın növləri,məktəbdə rast gəlinən bullinq halları ,bullinq davranışının təsirləri əsas müzakirə mövzusu olmuşdur.Bullinq davranışının qarşısının alınması yolları ilə bağlı valideynlər maarifləndirildi və bununla bağlı tövsiyələr verildi.Bullinqə qarşı həyata keçirilən tədbirlər nəzərdən keçiriləndən sonra qeyd olundu ki,bu işdə valideynlərin məktəblə sıx əlaqəsi böyük əhəmiyyətə malikdir.