"Pandemiya və biz" mövzusunda psixoloji təlim keçirildi

 

    15-21 yanvar   tarixlərində məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən 6-7-ci sinif şagirdləri ilə “Pandemiya və biz” mövzusunda onlayn görüşlər  keçirildi.Şagirdlərə yoluxucu xəstəliklərdən qorunmağın yolları haqqında məlumat verildikdən sonra qeyd olundu ki,fiziki sağlamlığımız bizim psixi sağlamlığımıza da birbaşa təsir edir.Necə deyərlər,”Sağlam bədəndə sağlam ruh olar”.Sonra şagirdlərlə birlikdə onlayn tədrisin müsbət və mənfi tərəfləri müzakirə olundu.Şagirdlərə onlayn təhsildən düzgün faydalanmağın yolları haqqında məlumat verildi.Qeyd edildi ki,sağlamlığımızın qeydinə qalmalı,yuxu və idman rejiminə,gündəlik qaydalara riayət etməli və səbrlə doğma məktəbə qayıdacağımız günü gözləməyi bacarmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi