SET çərçivəsində ünsiyyət bacarıqlarının formalaşmasına həsr olunmuş təlim
Bu gün məktəbimizdə SET layihəsi çərçivəsində növbəti təlim keçirildi.Təlim ünsiyyət bacarıqlarının formalaşmasına həsr olunmuşdu. Uşaqlarla effektiv ünsiyyət haqqında diskussiya aparıldı. Effektiv ünsiyyətin tərkib komponentləri kimi “Mən” ifadəsi ilə başlayan cümlələrin tətbiqi və təsir qüvvəsi haqqında danışıldı.” Mən” ifadəsi ilə başlayan cümlələrin ünsiyyətdə mahiyyəti açıqlandı və müxtəlif situasiyalar üzərində “Mən” ifadəsinin istifadə edilməsi məşq edildi. Təlim özünüdərk, özünü yaxşı duymaq məqsədini daşıyan meditasiya formasında yekunlaşdı.