Pedaqoji Şura iclası keçirildi
Yanvarın 21-də məktəbimizdə onlayn Pedaqoji Şura iclası keçirildi. İclasda 94 müəllim iştirak edirdi. Pedaqoji Şura iclasını giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açdı. O, I yarımilin yekunları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstəriş və təlimatlarını iclas iştirakçılarına çatdırdı. Bildirildi ki, yanvarın 21-26 tarixləri arasında keçirilən bu qiymətləndirmə distant təhsil prosesi zamanı tətbiq edilən xüsusi qiymətləndirmə növüdür və cəmi 1 dəfə keçirilir, I yarımil ərzində keçilmiş mövzuları əhatə edir. Qiymətləndirmə fənn müəllimləri tərəfindən aparılır, 100 ballıq şkala ilə ölçülür və həmin qiymət həm də şagirdin yarımillik qiyməti hesab olunur. İnternetə çıxışı olmayan və ya hər hansı digər səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla əyani qiymətləndirmə keçiriləcək. Sonra direktor müavini Bəsti Ağayeva imtahanların keçirilməsi və yekun məlumatların toplanması ilə bağlı əlavə təlimatlar verdi.