Zəfərimin təməli

Yanvarın 19-da şagirdlərimiz 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgidə iştirak etdilər. Onlar müstəqillik tariximizin bu şanlı səhifəsini öz əl işlərində məharətlə əks etdirə bilmişdilər. Şagirdlərimizin  müxtəlif üsullarla çəkdiyi  rəsm işləri böyük marağa səbəb oldu və izlənildi. O qanlı şənbə gecəsi milli düşüncəmizdə dəyişikliyə səbəb oldu və xalqımız bir amal uğrunda sıx birləşdi. Tam 31 ildən sonra qazandığımız zəfər sevincinin təməlində azadlığımızın dünənki memarları-şəhidlərimiz durur. Sərgidə iştirak edən şagirdlərimiz 20 Yanvar hadisəsinə olan münasibətlərini, hiss və emosiyalarını, şəhidlərimizə olan dərin hörmətlərini öz əl işlərində canlandırmaqla şəhidlərimizə olan vəfa borcunu ifadə etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi