Bir şəklin hekayəsi
Məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunmuş virtual rəsm sərgisi təşkil olunacaqdı. Sözsüz, mən də iştirak edəcəkdim. Çox düşünürdüm. Axı çəkəcəyim əsərin fərqli olmasını istəyirdim.İstəyirdim ki, tanksız, qansız, atışmasız rəsm əsəri yaradım. Şəkli bu cür çəkməkdə məqsədim həm fərqli bir şey yaratmaq, təkrarçılığa yol verməmək, həm də şəhid olanlarla birlikdə həyatda qalanların da bir hekayəsinin olduğunu göstərmək idi. Artıq canlandıracağım tablo gözlərım önündə idi. Xeyli fikirləşdikdən sonra çəkdiyim şəkildə 1990-cı ilin 20 Yanvarından sonrakı səhəri təsvir etmək istədim. Qəzeti gördükdən və aldığı xəbərdən dərhal sonra evini tələsik tərk edən bir nəfəri çəkdim. O, o qədər tələsirdi kı, hətta telefonun dəstəyini belə yerindən asmağa macal tapmamışdı. İki ədəd qərənfil çəkməkdə məqsədim yas olduğunu göstərmək idi. Çünki cüt saylı gülləri məzarlığa qoyurlar. Güllərdən birinin yanıb kül olması isə qərənfilin o gündən sonra xalqımız üçün sevgi deyil, qəm-qüssə rəmzinə çevrılməsini göstərmək idi. Digər gülün sağlam qalmasının mənası isə dövlətçilik ruhumuzun, mənliyimizin yanıb kül olmaması, əksinə daha da güclənməsi idi. Çəkdiyim qəzet şəklindəki məqalələrdən də görmək olar kı, biz o gecə şəhidlər verərək geriyə çəkilmədik, əksinə, o gecə biz illərdir həsrətində olduğumuz millətçilik ruhumuzu geri qaytardıq. Möhtəşəm Zəfərimiz bunu bir daha sübut etdi!