“SET” layihəsi çərçivəsində növbəti təlim həyata keçirildi
Yanvarın 12-də “SET” qrant layihəsi çərçivəsində növbəti təlim keçirildi. Təlimdə 9-cu sinif şagirdləri iştirak edirdi. Təlim sosial və emosional mədəniyyətlərarası bacarıqların 5 əsas elementinin izahı ilə başladı. Təlimçi Sevinc Əmirova şagirdlərə xüsusi prezentasiya təqdim etdi və ayrı- ayrılıqda hər 5 komponent izah olundu. Daha sonra şagirdlərlə özünü dərketmə, sosial dərketmə, məsuliyyətli qərar qəbuletmə, ünsiyyət və empatiya haqqında fikir mübadiləsi aparıldı. Sinifdə şagirdlər arasında müxtəliflik və eynilik haqqında fikirlər soylənildi. Şəxsi nümunələr gətirməklə şagirdlər bir-birlərini daha yaxşı tanıya bildilər. Sonra emosiyaların mahiyyətini açıqlayan videoçatx nümayış olundu. Şagirdlərə emosiyaların düzgün ifadə və idarə olunması haqqında məlumat verildi. Sonda geniş fikir mübadiləsi aparıldı.