Qrant layihə çərçivəsində İşçi qrupunun növbəti görüşü keçirildi.
Yanvarın 7-də “Məktəbdə Sosial- Emosional Təlim” qrant layihəsi çərçivəsində işçi qrupunun növbəti görüşü keçirildi. Qrup üzvləri layihənin 2020-ci ilə təsadüf edən dövrü ərzində görülmüş işləri müzakirə etdilər. Keçirilən onlayn təlimlər və görüşlər müzakirə edildi, yeni təkliflər irəli sürüldü. Layihə çərçivəsində çapı nəzərdə tutulan kitab və vəsaitlər nəzərdən keçirildi, redaktə edildi və təlimlər nəticəsində əldə edilən rəy və təkliflərlə zənginləşdirildi. Yeni təlim modulları və materialları təhlil olundu, təlimlərin vaxtı və auditoriyası müəyyənləşdirildi. Görüləcək işlərin proqramı və ardıcıllığı hazırlandı.