Mikayıl Müşfiqin anım günü

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ölməz şairimiz Mikayıl Müşfiqin anım günüdür. O, həyatdan erkən getsə də özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoymuşdur. Məktəbimiz 1968-ci ildən Mikayıl Müşfiqin adını daşıyır. Qeyd etmək istərdik ki, 2018-ci ildə şairin anadan olmasının 110 illiyi ilə əlaqədar məktəbimizin həyətində şairimizin heykəli qoyulmuş, məktəbin giriş qapısında xatirə lövhəsi əbədiləşdirilmişdir. Biz də hər zaman olduğu kimi şairin xatirəsini yad etdik. Ruhun şad olsun, Müşfiq! Bir zamanlar "Oxu, tar! " harayı saldın. Bu gün milli musiqi alətimiz olan tarımız  dünyanın ən mötəbər  zallarında səslənir. Ruhun şad olsun, Müşfiq! Bu gün şeirlərin musiqiyə çevrilərək dillərdə əzbər dolanır. Ruhun şad olsun, Müşfiq! Adını daşıdığın məktəbin səni hər zaman xatırlayır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi