Qış onlayn - kvestində uğurumuz

       2020-ci il Azərbaycan xalqı üçün tarixi Zəfər ili oldu. Müzəffər ordumuz  Ali Baş Komandanımızın rəhbərliyi ilə  işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edərək, tarixi zəfərimizə imza atdı! İlin sonu məktəbimiz üçün də uğurlu oldu. Məktəbimizin 6-cı və 8-ci sinif şagirdləri “Rəqəmsal  bacarıqlar”  layihəsi üzrə beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin  keçirdiyi  “Qış kvesti” adlı onlayn müsabiqədə iştirak edərək, yüksək nəticələr əldə etdilər. Şagirdlər riyaziyyat və proqramlaşdırmaya aid tapşırıqları yerinə yetirərək, Şaxta Babanın komandasına kömək etməli idilər. Az vaxt ərzində daha çox tapşırıq yerinə yetirən komanda qalib hesab edilirdi. 8-ci sinif şagirdlərindən ibarət “Polad” komandası Azərbaycan və dünya  üzrə III yerə, 6-cı sinif şagirdlərindən ibarət  “ 6r ” komandası  I yerə layiq görüldü! Şagirdlərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi