Ekoklub üzvləri “Special Award” qalibləridir

Dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda onlayn vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.

2020-ci ilin iyul-avqust aylarında keçirilən “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda onlayn vebinarın “Special Award” qalibləri, ən yaxşı esse müəllifləri olan “Ekoerudit” ekoklubun üzvləri, Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin V sinif şagirdi Məhəmməd İbrahim və X sinif şagirdi Güllü İbrahimova xüsusi mükafata layiq görülüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi