Şuşa və Zəngilana virtual səyahət

Dekabrın 9-da məktəbin 7b sinif şagirdləri sinif müəllimləri Rüxsarə Orucova ilə birlikdə işğaldan azad olmuş Şuşa və Zəngilan rayonlarının relyefi, iqlimi, təbiəti, tarixi və mədəni abidələri haqqında maraqlı açıq dərs nümayiş etdirdilər. Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva Şuşa şəhəri haqqında maraqlı məlumatlar verdi. Məktəbimizin hərbi rəhbəri Zəngilandan olan Telman Məmmədov şagirdlərə Zəngilanın çaylarından, bulaqlarından, əsrarəngiz gözəlliyindən danışdı. Şagirdlər bu ərazilərin əvvəlki gözəlliyi və erməni vandalizmi nəticəsində viranə qalmasına aid müqayisəli kadrlar nümayiş etdirdilər. Bütün dərs "Qarabağ şikəstəsi" ilə müşayiət olundu və şagirdlərin maraqlı təqdimatı ilə yekunlaşdı.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi