Tarixi qələbəmiz tədrisdə: Kəlbəcərim, Laçınım

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planına  əsasən silsilə dərslərimz davam edir. Dekabrın 8-də 9e sinfində  işğaldan azad olmuş  ərazilərin coğrafiyası, mədəni  abidələri və dini ibadətgahları mövzusunda  onlayn açıq dərs keçirildi. Dərs Kəlbəcər və Laçın rayonlarını əhatə edirdi. Şagirdlər bu ərazilərin  coğrafi-iqtisadi mövqeyindən, sənaye  və strateji əhəmiyyətindən danısdılar. Kəlbəcər rayonu ərazisindəki faydalı qazıntılardan: qızıl, civə, torf, gil, nefroid və digər yataqların olduğundan və bunun ölkə iqtisadiyyatı üçün vacibliyindən söz açdılar. Laçın rayonu ərazisində, Qaragöl ətrafında  yerləşən Qaragöl Dövlət qoruğu, Laçın yasaqlığı, Hoçaz kəndində mağara- məbəd (V əsr), Mirik məbədi (XV əsr), Pirçənis kəndindəki məbədlər ( XVII əsr), Güləbird kəndində Sarı Aşıq gümbəzi, Cicimlidə Malik-Əjdər türbələri və məbədləri haqqında məlumat verdilər.  Eyni zamanda şagirdlər tərəfindən  Kəlbəcər rayonunda yerləşən qədim alban abidələri haqqında maraqlı təqdimat nümayiş olundu. Şagirdlər işğaldan  azad olunmuş bu ərazilərdə çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqlarının olduğunu da  qeyd etdilər. Onlar bildirdilər ki, Laçın və Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq və bu inkişaf ölkəmizdə digər sahələr  üçün də iqtisadi zəmin yaradacaq. Bütün dərs "Xarı bülbül" mahnısının sədaları altında keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi