Fransa Müqavimət Hərəkatının Azərbaycanlı Əfsanəsi
Məktəbimizin 9ç sinif şagirdləri Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar onlayn açıq dərs keçirdilər. Əvvəlcə tarix müəllimi Ülkər Qulammirzəyeva dərsə giriş edərək Əhmədiyyə Cəbrayılovun keçdiyi şanlı tarixi yol haqqında məlumat verdi, şagirdləri əfsanəvi Azərbaycanlı haqqında maraqlı faktlarla tanış etdi. Sonra şagirdlər hazırladıqları məlumatları və prezentasiyaları təqdim etdilər. Onlar Əhmədiyyə Cəbrayılovun alman düşərgəsindən qaçmasından, müharibə illərində neçə-neçə günahsız insanı xilas etməsindən, müvəffəqiyyətlə iştirak etdiyi hərbi əməliyyatlardan söz açdılar. "Armed Mişel", "Ryus Armed","Xarqo" və başqa adlarla tanınmış bu əfsanəvi Azərbaycanlının hərbi şücaətləri Fransa höküməti tərəfindən layiqincə qiymətləndirilmiş və Əhmədiyyə Cəbrayılov Fransanın ən nüfuzlu mükafatlarına layiq görülmüşdür. Onun adını dəfələrlə tarixdən silməyə çalışsalar da onun şücaətlərini təsdiqləyən sənədlər buna imkan verməmişdir. Bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi bu əfsanəvi Azərbaycanlıya, qeyri-adi insana böyük hörmətin nümunəsidir. Dərs şagirdlərin bir yerdə söylədiyi: "Biz fəxr edirik ki, Azərbaycanlıyıq!" sözləri ilə bitdi.