Əfsanəvi Azərbaycanlı

Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması haqqında”sərəncamına və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bu yubileylə bağlı hazırlanmış və F-192 nömrəli əmrlə təsdiq edilmiş Tədbirlər Planına əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir. Belə ki, dekabrın 4-də məktəbimizin 10c sinif şagirdləri öz sinif rəhbərləri Ceyran Hacıyeva ilə birlikdə bu əfsanəvi azərbaycanlı haqqında onlayn dərs təqdim etdilər. Əvvəlcə onlar Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Partiyasının  üzvü  əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun  həyatı və fəaliyyəti haqqında məlumat verdilər, faşizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlunun döyüş yolundan söhbət açdılar. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətlərindən, Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin qəhrəmanlığından danışdılar. Şagirdlər Əhmədiyyə Cəbrayılov haqqında hazırladıqları təqdimatı və video materialı da təqdim etdilər. Şagirdlər Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılovun  Azərbaycanın ilk Milli Qəhrəmanlarından olmasını da vurğuladılar. Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri  Zəfər  qazanmış Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi