Alman dilində ”Schneewittchen” nağılı tamaşaya qoyuldu

May ayının 11-də Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəblə Höte Universiteti arasındakı partnyor müqaviləyə əsasən alman dilində Qrimm qardaşlarının ”Schneewittchen” nağılı tamaşaya qoyuldu. Alman dili müəllimi Təranə Hacıyevanın öz yetirmələri ilə hazırladığı bu tamaşa öz məzmunu və rəngarəngliyi ilə tamaşaçıların böyük rəğbətini qazandı.Şagirdlərimizin alman dilində səlis nitqi,ifa etdikləri rollara uyğun kostyumları və gözəl ifaları alman səfirliyindən gələn nümayəndələrə böyük zövq verdi.Tədbirdə Höte Universitetinin eksperti Eike Pockrandt da iştirak edirdi.Qonaqlar məktəbə və şagirdlərə dərin minnətdarlığını bildirdilər və gələcək işlərində uğurlar arzuladılar.Sonda xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi