"Məktəbdə Sosial-Emosional Təlim" layihəsi

Məktəbimiz Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsində "Məktəbdə SET" layihəsi ilə qalib olmuşdur. Layihənin məqsədi-məktəbdə inklüziv mühitin inkişafı üçün Sosial-Emosional Təlim üzrə resurs paketinin hazırlanmasıdır. Layihə oktyabr-aprel aylarını əhatə edir. Artıq layihənin işçi qrupunun görüşləri keçirilmiş, görüləcək işlər müzakirə edilmişdir. Eyni zamanda təlim materiallarını hazırlayacaq nəşriyyat da müəyyən edilmiş və resurs paketinin ilkin variantı nəzərdən keçirilmişdir. Layihə ilə ilk tanışlıq məqsədilə karantin rejiminin tələbləri qorunmaqla ibtidai sinif müəllimləri ilə izahedici görüş keçirilmişdir. Yaxın günlərdə onlayn təlimlərin keçirilməsi planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi