Qarabağ abidələri şagirdlərin təqdimatında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli əmri ilə təsdiq edilmiş ”Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqqında” Fəaliyyət Planının 3 –cü bəndində Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı və s.barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili qeyd olunmuşdur. Elə bu bəndə əsasən ötən gün məktəbin 1e sinfində maraqlı həyat bilgisi dərsı keçirildi. Belə ki, şagirdlər müəllimlərinin göstərişinə əsasən xüsusi çərçivələr hazırladılar. Çərçivələr rəngarəngliyinə, həcminə və dizaynına görə bir-birindən fərqlənirdi.Sonra şagirdlər işğaldan azad olunmuş ərazilərin tarixi abidələrinin, dini ibadətgahlarının rəsmlərini həmin çərçivələrə yerləşdirdilər. Həmin ərazilərin tarıxi, mədəniyyəti haqqında müxtəlif məlumatlar verdilər. Şanlı ordumuzun böyük zəfərini sevinclə öz əl işlərində təqdim edən birincilər ugurlu qələbəmizdən də qürur və fərəhlə danışdılar.