"Scratch mühiti: tanışlıq" mövzusunda alqoritmika dərsi
“Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində “İnformatika” fənninin distant formada tədrisi davam edir. Noyabrın 30-da 5c sinfində yeni mövzü “Scratch mühiti: tanışlıq” idi. Dərs zamanı məqsəd şagirdləri Scratch interfeysi ilə tanış etmək, proqramlaşdırma mühitini izah etmək idi. Dərsin əvvəlində şagirdlər yeni mövzudan əvvəl keçilən mövzulara aid tapşırıqları yerinə yetirdilər və suallara cavab verdilər. Sonra isə onlar scratch mühitinin elementlərini: sprayt və fon əlavə etmək/silmək, libas seçməyi öyrəndilər. Sonda şagirdlər bacarıqlarını inkişaf etdirmək üçün platformada səviyyələr üzrə tapşırıqları yerinə yetirdilər.