Ağacəkmə aksiyası keçirildi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar olaraq mayın 10-da məktəbimizdə ağacəkmə aksiyası keçirildi. Aksiyada məktəbin müəllimləri, şagirdləri və valideynləri iştirak edirdilər. Məktəb bu aksiyaya əvvəlcədən böyük həvəslə hazırlaşmışdı. Xüsusi dekorativ bitkilər, kiçik şam ağacları, həmişəyaşıl kollar, qızılgül tingləri, münbit torpaq, dibçəklər alınmışdı. Abadlaşdırma işləri üçün bellər və müxtəlif ləvazimatlar hazırlanmışdı. Şagirdlər bu ağacları böyük sevgiylə torpağa əkdilər. Dekorativ bitkilər isə dibçəklərə basdıralaq məktəbin dəhlizlərinə xüsusi gözəllik verdi. Şagirdlər fəallıq göstərərək bütün həyətyanı sahədə olan ağacların gövdəsini ağartdılar və bütün sahəsini təmizlədilər. Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş bu aksiya məktəblilər arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməyə xidmət etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi