1 “e” sinfində təsviri incəsənət dərsi
Məktəbimizin 1”e” sinfində maraqlı dərs keçirilib. Sinif müəllimi İlhamə Ələkbərova şagirdlərə riyaziyyat və informatika dərslərində həndəsi fiqurlar haqqında məlumatlandırdıqdan sonra onlara qabaqlayıcı tapşırıqlar verib. Şagirdlər öyrəndikləri fiqurları ətraf aləmlə əlaqələndirməli idilər. Balacalar üçbucaq , trapesiya, kvadrat, düzbucaqlı, çevrə və s. kimi fiqurları yaradıcı şəkildə təqdim etdilər. Onlar işğal olunan torpaqlarımızda ucaldılan üçrəngli bayrağımızı, məğrur dağlarımızı,Günəşi, Yer Kürəsini öz rəsmlərində əks etdirərək, maraqlı kompozisiyalar təqdim etdilər.