17 noyabr Dirçəliş Günü

17 noyabr Milli Dirçəliş Günündə şagirdlərimiz fəal iştirak etdilər.Belə ki, 9ç sinif şagirdlərinin təqdimatinda”İstiqlal mücadiləmiz”başliqi altında onlayn tədbir keçirildi. Şagirdlər bu tarixi hadisənin müstəqilliyimizin qazanılmasında müstəsna rolu olduğundan, millli istiqlal hərəkatı kimi geniş vüsət almasından danışdılar. 17 noyabr Milli Dirçəliş Gününün tarixi əhəmiyyətinin məhz bugünkü qələbəmiz üçün zəmin yaratdığından dönə-dönə  bəhs etdilər.Şanlı tariximizin dünənki,bugünkü qələbələrindən sevinc,qürur,fərəh hissi ilə danışan şagirdlərimiz ordumuzun Vətən Müharibəsində göstərdiyi şücaətdən,  Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək tarixi  Böyük Qələbə qazanmasından söz açdılar.Onlar bu tarixi anın bütün dünya azərbaycanlılarının Qələbə Bayramı olduğunu sevinclə vurquladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi