12 noyabr "Konstitusiya Günü"
12 noyabr "Konstitusiya Günü" şagirdlərimiz tərəfindən qeyd olundu. Belə ki,müxtəlif siniflərdən olan şagirdlərin onlayn rəsm sərgisi keçirildi. Şagirdlər təməl qanunumuz olan Konstitusiyamızda əks olunan maddələri özündə ehtiva edən rəsmlər çəkmişdilər. Onlayn şəkildə olan rəsm sərgisinə şagirdlər müxtəlif üsulda çəkilmiş əl işləri təqdim etdilər. Müstəqillik tarixmizin ən mühüm hadisələrindən biri olan Konstitusiyamız dövlət quruculuğu proseslərini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən təməl qanunudur. Bu tarixi hadisə şagirdlərimiz tərəfindən qeyd olundu.