Əsgərə məktub

Dünən məktəbimizin şagirdləri “Esgərə məktub” layihəsində iştirak etdilər.Onlar vətənin keşiyində  duran rəşadətli ordumuzun hər bir  əsgərinə məktub yazaraq öz səmimi, kövrək hisslərini bildirdilər.Həssas dönəmdə yaşadığımızı nəzərə alaraq hər birimiz bir əsgər olub ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizin yaninda olduğumuzu onlara yazdiq .Evinə çevrilən səngərdə  hər bir əsgərə ünvanlanan bu məktublarda  şagirdlər öz qürur, fəxarət, sevinc hisslərini bildirmişdilər. Azərbaycan əsgərinin döyüş ruhunun daha da yüksəlməsinə,  xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə xidmət edən məktublarda onların mütləq qələbə ilə evlərinə dönəcəyi günü  gözlədiklərini göstərdikləri cəsarət və inamlı duruşu nə qədər fəxarətverici olduğunu da qeyd etdilər.

Şagirdlərimizin layihədə iştirakında məqsəd hazırda ərazi bütövlüyümüz uğrunda gecə-gündüz keşik çəkən, torpaqlarımızı qoruyan hərbçilərimizə dəstək olmaqdır. Xalqımızın birliyini özündə eks etdirən bu məktublar cəbhə bölgəsinə yola salındı.Əminik ki, torpaqlarımız işğaldan azad ediləcək və biz Azərbaycan əsgəri ilə qələbəni qeyd edəcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi