“Qarabağ Azərbaycandır!” mövzusunda rəsm sərgisi keçirildi

Bu günlərdə rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan bir sıra kəndlərimiz və əlverişli yüksəkliklərimiz düşmən tapdağından azad edilmişdir. Hərbçilərimizin əzmi və cəsarəti qarşısında düşmən xeyli geri çəkilmiş və ordumuz xalqımıza böyük qələbə sevinci yaşatmışdır. Doğma Cəbrayıl torpağına sancılan Azərbaycan bayrağı qəlbimizi xüsusi fəxarət hissi ilə doldurur! Məktəbimizin şagirdləri də bu hadisələrdən qürurlanaraq tariximizin bu şərəfli səhfələrini öz rəsm işlərində əks etdirirlər. Hər bir şagirdimiz bu gün özünü müsəlləh əsgər hesab edir və haqq mübarizəmizi tablolara köçürərək qüdrətli ordumuzu tərənnüm etməyə çalışır. Onlar qalibiyyət, zəfər, intiqam, sevinc və qürur hisslərini çox aydın şəkildə boyalarla canlandıra bilmişlər. Şagirdlər sulu boya, akvareldən istifadə edərək maraqlı rəsm işləri  ərsəyə gətirmişlər. Məktəbimizin foyesində sərgilənən bu rəsm işləri valideynlərimiz və kollektivimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Qürur və şərəf hisslərini özündə əks etdirən işlər şagirdlərimizi daha da əzmlə işləməyə və yaratmağa sövq edir. Daha böyük qələbə sevincinin şagirdlərimizin tablolarında əks olunacağı günü səbirsizliklə gözləyirik. Biz hamımız Ali Baş komandanımızın ətrafında sıx birləşərək “Qarabağ Azərbaycandır!” deyirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi