Beynəlxalq Alman dili olimpiadasında uğurumuz

    Məktəbimiz artıq 10 ildir ki, Almaniyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Höte İnstitutu tərəfindən həyata keçirilən PASCH layihəsinin üzvüdür. Şagirdlərimiz bu layihədə həvəslə iştirak edirlər. Onlar layihə çərçivəsində keçirilən təlimlərdə, xüsusi dil imtahanlarında, treninqlərdə, olimpiadalarda fəal iştirak edirlər. Şagirdlərimiz dəfələrlə Almaniyada keçirilən səviyyə imtahanlarında iştirak etmiş və yüksək nəticə göstərərək, sertifikat və diplomlarla təltif olunmuşlar. Bu il də şagirdlərimiz hər iki ildən bir keçirilən Beynəlxalq Alman dili olimpiadasında (BADO) iştirak etmək hüququ əldə etmişdilər.  Pandemiya şəraitində onlayn şəkildə keçirilmiş olimpiadada məktəbimizin 9-cu sinif şagirdi Mehriban Musayeva bütün seçim turlarından uğurla keçərək final turuna vəsiqə qazanmış və 2-ci yerə layiq görülmüşdür. Belə bir nüfuzlu Beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil edən Mehriban Musayevanı ürəkdən təbrik edir və ona yeni-yeni qələbələr arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi