Açıq havada dərslər

 Şagirdlərin əyani formada təhsili xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla davam edir. Təhsilalanların imkan daxilində açıq havada olmasını təmin etmək məqsədilə bu gün ST sinfi olan 1b sinfinin "A" qrupunda açıq havada dərs təşkil olundu. "Artıq payızdır" mövzusunda hazırlanmış dərs müzakirə, fikir mübadiləsi xarakteri daşıyırdı. Birincilərimiz ilin fəsilləri haqqında bildikləri məlumatları dostları ilə paylaşdılar. Şəkillər üzrə verilən tapşırıqları şifahi şəkildə yerinə yetirirdilər, ilin fəsilləri, mövsümü meyvələr və payız fəslinə təsadüf edən əlamətdar günlər haqqında məlumat verdilər. Dərs ərzində şagirdlər Sağlam Təhsil sinifləri üçün xarakterik olan hərəkətləri nümayiş etdirirdilər. Dərsdə Sağlam Təhsil layihəsinin əməkdaşları da iştirak edirdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi