Yeni tədris həftəsinə hazırlıq

Yeni tədris ilinin ilk həftəsi başa çatdı. Tədris prosesinin yeni həftəsinin təşkili üçün məktəbimizdə yenidən müvafiq tədbirlər görülməyə başlandı. Belə ki, məktəbin bütün sanitar qovşaqları xüsusi məhlullarla yuyuldu, sinif otaqlarının, dəhlizlərin və digər müxtəlif sahələrin qaydalara uyğun yenidən təmizlənməsinə və dezinfeksiyasına başlanıldı. Hazırlıq tədbirləri çərçivəsində məktəbin həyətyanı sahəsində və digər korpusunda şagirdlərin təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədilə bir sıra işlər görüldü. Həyətdəki dayanma işarələri yeniləndi, siniflər üzrə sıxlıq nəzərə alınaraq artırıldı. Bütün sanitarlar qovşaqlarda təmizləyici və dezinfeksiyaedici məhlullar, maye sabunlar yeniləndi. Beləliklə,  məktəb yeni tədris həftəsində öz dogma sakinlərini qarşılamaq üçün tam və sağlam şəkildə hazır vəziyyətə gətirildi. Hamınıza yeni dərs həftəsində uğurlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi