Məktəbdaxili qiymətləndirmə keçirildi
Avqustun 24-də məktəbdaxili qiyməndirmələrə start verildi. Yay-tədris tapşırıqları alan şagirdlər onlayn şəkildə imtahana qoşuldular. Bəzi şagirdlərdən yazılı, bəzi şagirdlərdən isə şifahi formada imtahan qəbul edildi. Onlayn formada keçirilən imtahan zamanı valideynlər şagirdlərin cavablarını izləyə bildilər. İnternet bağlantısı yaradıla bilməyən şagirdlər avqustun 26-da məktəbə dəvət olundular. Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə imtahan iştirakçıları üçün müxtəlif daxilolma vaxtları müəyyən edildi və məktəbin həyətində sosial məsafə saxlanılmaqla imtahan keçirildi. Pandemiya şəraitinin tələblərinə əsasən məktəbdə imtahan verən şagirdlər gigiyena qaydalarına riayət etməklə içəri buraxıldılar. Məktəbdaxili qiymətləndirmə komissiyasının üzvləri imtahanın gedişatını tam nəzarətdə saxladılar. Sonra komissiya tərəfindən cavablar yoxlanıldı və cavablar haqqında şagirdlərə məlumat verildi. Yay-tədris tapşırığı alan bütün şagirdlər yuxarı siniflərə keçirildi.