Virtual son zəng

12.06.2020-ci il tarixdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəbimizdə virtual son zəng keçirildi. Belə ki 11a, 11b, 11c sinif şagirdləri ilə son görüş təşkil olundu. İlk olaraq Rəna Süleymanova şagirdlərlə virtual şəkildə əlaqə saxlayaraq, mövcud şəraitlə bağlı onlarla görüşə bilmədiyini, bu bəlanın ölkənin digər sahələrinə olduğu kimi təhsil sahəsinə də gətirdiyi fəsadlardan danışdı. Pozitiv notlarla şagirdlərlə vidalaşaraq, onlara həyat yolunu düzgün seçməyi, məqsədlərinə doğru daim irəliləməyi tövsiyə edərək uğurlar arzuladı. Sonra şagirdləri sinif rəhbərləri və direktor müavinləri təbrik edərək müvəffəqiyyətlər arzu etdilər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi