28 May Respublika gününə həsr olunmuş kompozisiya təqdim olundu
Bu gün Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar günü - Respublika günüdür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir vətəndaşın milli qürur hissi duyduğu bir gündür. Bu əziz gündə şagirdlərimiz respublikada elan olunmuş karantin vəziyyəti ilə əlaqədar evdə qalsalar da öz hazırladıqları videoçarxla hər kəsi təbrik etdilər. Onların təqdimatında səslənən kompozisiya izləyicilərimiz tərəfindən maraqla qarşılandı. Biz də bu əlamətdar gündə xalqımızı təbrik edir, dövlətimizə əbədi müstəqillik və əzmkarlıq arzulayırıq. Biz birlikdə güclüyük!
Kompozisiyanı aşağıdakı linkdən və saytımızın videoqalereyasından izləyə bilərsiniz.
https://youtu.be/G6lR_lyYO4M